Azərbaycan

Qəzvində taksilərin daşıma haqqı yüzdə 12 artırılacaq.

Qəvin Əyaləti Taksi-sürmə Təşkilatının amil müdiri İsmayıl Ərşian deyib: “taksı ödənişi haqqının ikinci mərhələ olaraq yüzdə 12 artırılması, Qəzvinin Şəhər Şurasında təsvib olunub və Fərmandari doğrulayarsa icraya yönəldiləcək

Qəvin Əyaləti Taksi-sürmə Təşkilatının amil müdiri İsmayıl Ərşian deyib: “taksı ödənişi haqqının ikinci mərhələ olaraq yüzdə 12 artırılması, Qəzvinin Şəhər Şurasında təsvib olunub və Fərmandari doğrulayarsa icraya yönəldiləcək. Müsafir və yük daşıması ödəniş haqqının artırılması, cari ilin əvvəllərində Şəhər Şurasına önərilib və qərara alınıb ki, iki mərhələdə icra olunsun. İlk mərhələdə daşıma haqqı yüzdə 30 artırılıb, ikinci mərhələ isə bu həftə ərzində Qəzvinin Şəhər Şurasında təsvib olunub. Bu artırma müsafir daşıma ajanslarına, yolda birbaşa müsafir götürməyən taksilərə və kiçik yük maşınlarına şamildir. Daşıma haqqının artırılması ayrıntıları, Fərmandaridə təyid olunandan sonra, sürücülərə bildiriləcək. Ona görə də, sürücülər hələ bildirişin olunmasından öncə müsafirlərdən artıq haqq almamalıdır.”

Related Articles

Bir cavab yazın

Back to top button