Azərbaycan

Ərdəbildə milli fəala dəstək aksiyası keçirilib

"Aznews tv" xəbər verir ki, afişalarda “Azərbaycanın milli-mədəni fəallarına azadlıq” məzmunlu şüarlar yazan fəallar həbsdə olan azərbaycanlı fəalların azadlığını tələb ediblər.

Dekabrın 27-də ərdəbilli milli fəallar məhbus azərbaycanlı fəal Əfşar Muhibbə dəstək məqsədilə onun fotoları əks olunan afişaları şəhərin müxtəlif yerlərində yayıb, divarlara yapışdırıb və təhlükəsizlik, məhkəmə sisteminin ona qarşı təzyiqlərinə etiraz ediblər.

“Aznews tv”  xəbər verir ki, afişalarda “Azərbaycanın milli-mədəni fəallarına azadlıq” məzmunlu şüarlar yazan fəallar həbsdə olan azərbaycanlı fəalların azadlığını tələb ediblər.

İranın təhlükəsizlik və məhkəmə orqanlarının əməkdaşları ərdəbilli milli-mədəni fəal Əfşar Muhibə qarşı təzyiq göstərir.

Dekabrın 22-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayan Əfşar Muhibb, Ərdəbil şəhərinin Ümumi və İnqilab Məhkəməsinin 3-cü bölməsinin istintaq idarəsinə çağırıldıqdan sonra “hakimiyyətə qarşı təbliğat aparmaq”da və “hökumətə müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti”ndə ittiham olunduğunu və Ərdəbilin mərkəzi həbsxanasına köçürüldüyünü deyib

Related Articles

Bir cavab yazın

Back to top button