İran

İranlı iqtisadçı: Bu gün sanksiyalar götürülərsə, yoxsulluğu sıfıra endirməyimiz 30 il çəkər

İranlı iqtisadçı professor deyib ki, ölkə əhalisinin 70%-i nisbi yoxsulluq xəttinin altında yaşayır.

İranlı iqtisadçı professor deyib ki, ölkə əhalisinin 70%-i nisbi yoxsulluq xəttinin altında yaşayır.

“Aznews tv”  xəbər verir ki, İranın Pəyamnur Universitetinin iqtisad elmləri üzrə professoru Murad Rahdari ölkədəki yoxsulluqla bağlı bildirib: “Yoxsulluğun səbəblərindən biri də işsizliyin artmasıdır. 12 ildir ki, bizim real istehsalımız artmayıb. Yəni, sərmayə qoymamışıq və bu halda həqiqi məşğulluq da yaradılmayıb”.

O, daha sonra qeyd edib: “Yoxsulluğun bir sıra amilləri var. Ancaq ən mühüm səbəblərdən biri də ölkə rəhbərlərinin fəaliyyəti ilə bağlıdır. Bu da onların siyasətinə, planlarına və o işlərin necə icra edilməsinə gedib çıxır”.

“Biz deyirik ki, 2019-2020-ci illərdə ölkədə 40% inflyasiya olub və bu gün inflyasiya 50%-dir. Halbuki, bu inflyasiya ümumidir. Əgər bir ailənin aylıq dolanışıq səbədini götürsək, görərik ki, əslində inflyasiyanın həddi 70%-dir. Bəs biz onların gəlirlərini 70% artırmışıq? Məlumdur ki, yoxsulluq artır!”, – deyə sonda o əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button