Azərbaycan

Azərbaycan Cümhuriyyəti ordusu əməliyyat-taktiki təlimlərə başlayıb

Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Cümhuriyyəti Ordusu əməliyyat-taktiki manovrlara başlayıb. Difa Vəzirliyinin başçılığı ilə keçirilən manovra 10.000 nəfərədək şəxsi tim, 100-dək tank və başqa zirehli teknika, 200-dək müxtəlif növlü raket və topxana qurğusu, reaktiv yaylım atəş sistemi və qumbaraatanlar, 30-dək nizami hava sistemi və müxtəlif təyinatlı pəhpadlar cəlb olunub. Dağlıq-meşə və çətin ərazilərdə keçirilən təlimlərdə Vətən savaşında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşmasına yönəldilib. Marsın 18-dək davam edəcək manovrlarda qoşunlar terrorçu dəstələr, eləcə də qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button