İran

Şirin İbadi: “İran xalqı indiki hökumətdən çox narazıdır”

“İran xalqı “Velayət-e Fəqih” məqamının ləğv edilməsini istəyir. Qərb buna kömək edə bilər”. Bunu iranlı insan haqları fəalı və Nobel Sülh ödülünün sahibi Şirin İbadi “Bloomberg”ə müsahibəsində deyib.
O, bildirib ki, İranda islahatların aparılması faydasızdır. “Xalq indiki hökumətdən çox narazıdır. İnsanlar bu quruluşun artıq islah olunmayacağını anlayıblar. İranda Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında əsaslı dəyişikliklər önərən Ana Yasa referendumu keçirilməlidir. Ancaq bu yolla istibdada son qoyula bilər. Xalq Dünya İnsan Haqları Bəyaniyyəsinə əsaslanan Ana Yasa istəyir”,-deyə Şirin İbadi vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button