İran

Babək Ağazadəyə 3 il həbs cəzası verilib

Məlikkəndi Şəhrdarisinin təmizlik işçisi olan Babək Ağazadə Şərqi Azərbaycan Təcdidnəzər Məhkəməsinin 106-cı şöbəsi tərəfindən 3 il həbs cəzasına məhkum edilib. Bildirək ki, sözügedən məhkəmənin hökmü Ağazadənin vəkili Səccad Vəlibeyqluya göndərilib. Xatırladaq ki, Ağazadə Marağanın İnqilab Məhkəməsi tərəfindən “İran İslam Cumhuriyyəti rejiminə qarşı mənfi təbliğat” və “rejimə müxalif qruplara üzv olmaq” ittihamı ilə təqsirləndirilib. Ona hakim Məhəmməd Cəbbari tərəfindən 5 il həbs cəzası verilib. 2 ay müddətinə Təbriz İttilaatında dindirilən Ağazadə şəhərin mərkəzi zindanına göndərilib. Daha sonra 600 milyon tümən kəfalət qarşılığında müvəqqəti azadlığa buraxılıb. Qeyd edək ki, Babək Ağazadənin sözügedən ittihamlarla təqsirləndirilməsinin dəqiq səbəbləri açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button