İran

Sel zəngana külli miqdarda ziyan vurub

Zəngan Ustanının Əkinçilik Cəhadının Böhran Müdiriyyəti Rəisi keçən həftə baş verən sel və dolunun 96 milyard riyal xəsarətə səbəb olduğunu bildirib.
Atefe Əncəm Şoaanın sözlərinə görə, ən çox xəsarət Mahnişan, Əbhər və Zəngan şəhərlərinin 154 hektarlıq zəmilərində baş verib. Bunun 23 hektarı Mahnişanın buğda zəmiləridir. Qalanı düyü, mərcimək, yonca və noxud zəmiləridir.
Əncəm Şoaanın dediyinə görə, sel fəlakəti Mahnişanda 30 hektarlıq üzüm bağlarına da xəsarət yetirib.
Atefe Əncəm habelə dolu yağışının 20 hektardan çox bir ərazidə buğda və arpa zəmilərinə, 20 hektarlıq bostan zəmilərinə və 18 hektarlıq da alma və ərik bağlarını dağıtdığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button