İran

Milli fəalın cəza müddəti bəlli olub

Rejimə qarşı təbliğat aparmaqda günahlandırılan güney Azərbaycanlı milli fəal, Təbriz sakini Şahin Bərzgər 12 ay həbs cəzasına məhkum edilib. Bildirək ki, daha öncə Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi ona “ictimai asayişi pozmaq” ittihamından bəraət verib. Ancaq Təbrizin İnqilab Məhkəməsinin birinci şöbəsi Bərzgərinin öz İnstagram səhifəsində “separatçılıqla ilgili simgələr və şəkillər yaydığını bildirib. Habelə həbsdə olan milli fəalların şəkillərini paylaşmaqla onların azadlığa buraxılmasını tələb etdiyinə görə ittiham edib. Beləliklə, İslam Cəza Qanununun 500-cü maddəsinə istinadən “Rejimə qarşı təbliğat aparmaq”da günahlandırılaraq azadlıqdan məhrum edilib. O, “qanunsuz təşkilatlara üzv olmaq” ittihamından bəraət qazanıb. Qeyd edək ki, tələbə hərəkatının fəal iştirakçılarından olan Bərzgərin məhkəməsi juənin 9-da keçirilib. Məhkəməyə sədrlik edən qazi isə Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi təhrim siyahısında yer alan Rəhim Həmlbər olub. Xatırladaq ki, Bərzgər 2019-cu ilin novambrında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda Təbrizdə həbs olunub. Onun 100 gün İranın əmniyyət təşkilatına məxsus təcridxanada saxlanıldığı bəlli olub. Fevriənin 24-də isə 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Milli fəal bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə azadlıqdan məhrum edilib

Related Articles

Bir cavab yazın

Back to top button