Azərbaycan

Ermənistan ərazisində Azərbaycan Respublikasını Naxçıvanla birləşdirən dəmir yolunun tikintisinə başlanılıb

Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində Ermənistan ərazisində Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirən dəmir yolunun tikintisinə başlanıldığını bildirib.

“Aznews tv”xəbər verir ki, bu, Zəngəzur dəhlizi və ikinci Qarabağ müharibəsindən sonra yaranan vəziyyətlə bağlı ən mühüm xəbər sayıla bilər. Erməni millətçiləri həmişə bunun reallaşmasının mümkünsüzlüyünə təkid ediblər və Ermənistanın baş naziri Nikol Paşinyan da dəfələrlə bəyan edib ki, razılaşmada (10 noyabr 2020) belə bir bənd yoxdur. Bununla belə, Zəngəzur dəmir yolu hissəsinin tikintisinin rəsmi şəkildə elan edilməsi ilə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin mühüm hissəsinin 2022-ci ilin may ayına kimi həyata keçirilməsi ilə bağlı verdiyi vədin reallaşmağa daha yaxın olduğunu söyləmək olar.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasındakı münasibətlər də regionda gərginliyin azaldılmasına mühüm təsir göstərib və iki ölkə müxtəlif səviyyələrdə, o cümlədən ticarət, hava nəqliyyatı və xüsusilə siyasi danışıqlar sahələrində müzakirələri davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button