İran

Çin İrana 5 min hərbçi göndərir

Çin 25 illik müqavilə çərçivəsində İrana 5 min nəfərdən ibarət hərbi kontingent göndərir.

Çin 25 illik müqavilə çərçivəsində İrana 5 min nəfərdən ibarət hərbi kontingent göndərir.

“Aznews tv” xəbər verir ki, bu barədə Tehran Ticarət Palatası məlumat yayıb.

Onların İrana gələcək çinli işçiləri qoruyacağı deyilir.

Bundan başqa, qanuni imzalama mərasimləri təşkil edilmədən İranla Çin arasında neft və qaz sahələrində müqavilələrin imzalanacağı da yayılan məlumatlar arasındadır.

Xatırladaq ki, bir müddət əvvəl İranın neft naziri Cavad Ouci yerli və xarici şirkətlərlə 4.5 neft və qaz yataqlarının işlənməsinə dair 4.5 milyard dollar dəyərində müqavilələr imzalayacağını demişdi. Lakin o, xarici şirkətlərin hansı ölkəyə məxsus olması və digər detalları açıqlamamışdı.

Eləcə də İranın Çinə Bəndər Abbas liman şəhərində konsulluq açmaq üçün lisenziya verməsi ilə əlaqəli də söz- söhbətlər yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button