İran

SEPAH-in keçmiş zabiti Bəsic təşkilatında uşaqlara təcavüz faktlarını ifşa edib

Keçmişdə SEPAH zabiti olmuş və hazırda xaricdə yaşayan Mehdi Cəfərquluzadə İranın Bəsic təşkilatında azyaşlı uşaqlara təcavüz edilməsi ilə bağlı faktları açıqlayıb.

Karate sahəsində Asiya və dünya çempionu olan, eləcə də İrana çoxlu sayda medal qazandıran Mehdi Cəfərquluzadənin atası da SEPAH-ın yüksək rütbəli zabitlərindəndir və İranın ali rəhbəri Əli Xameneinin ofisində işləyir.

O bildirir ki, ilk dəfə Bəsic-ə üzv edilən 11-12 yaşlı azyaşlı oğlan uşaqlarına təcavüz edilməsi ilə bağlı 24-25 il bundan qabaq Xorasan vilayətinin Qolbaran şəhərində keçirilən təlimlər zamanı rast gəlib.

Belə ki, həmin vaxt qarın ağrısından əziyyət çəkən uşaqlar olub. Digər uşaqlar bildirirlər ki, axşam filan axund və ya rüksək rütbəli zabit gəlib qarnı ağrıyan uşağa kömək edə biləcəyini deyib və bu əsnada onu zorlayıb.

O, əlavə edir ki, bu kimi hallara İranın Karate üzrə Milli Komandasında da rast gəlib. Belə ki, milli komandanın məşqçisi Asiya və dünya çempionu olan idmançılardan birinə bildirib ki, əgər onunla cinsi əlaqədə olmasa, bundan sonra milli komandanı və karateni unutsun. O qeyd edib ki, həmin məşqçi bir neçə idmançıya da bu cür təklif edib və onlar arasında zorladığı idmançılar olub.

Cəfərquluzadə bu cür halların qarşısını almaq üçün addımlar atdığını, lakin heç bir tədbir görülmədiyini, onun özünün milli komandadan çıxarıldığını deyir.

Qeyd edək ki, bu, İranda azyaşlı oğlan və qız uşaqlarına təcavüzlə bağlı ilk belə fakt deyil. Bir neçə il öncə İranın ali rəhbəri Əli Xameneiyə yaxın olan Quran qarisi Səid Tusi yanına Quran oxumağı öyrənməyə gələn bir neçə azyaşlı oğlan uşağını zorlamışdı. Lakin şəxsi əlaqələri sayəsində Tusi, məsuliyyətdən yaxa qurtara bilmişdi.

Hazırda isə İran hökumətinin propaqanda alətinə çevirdiyi “salam, komandan” mahnısını oxuyan Əbuzər Ruhinin bir neçə oğlan uşağına təcavüz etdiyinə dair xəbərlər yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button