Dünyaİran

İran rəsmisi: “Agentlik bizimlə əməkdaşlıq etmir”

İran Nüvə Enerjisi Təşkilatının rəisi Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi tənqid edərək İranla əməkdaşlıq etmədiyini iddia edib:

“Bu beynəlxalq qurum bizimlə əməkdaşlıq etmir, üstəgəl İranın nüvə proqramına problemlər törədib.

Agentlik sanksiyalar tətbiq etməklə və bizə ehtiyac olan texnologiyaların təmin edilməsinə problem yaratmaqla İranın nüvə sənayesinin inkişafının qarşısını alıb”.

Xatırladaq ki, agentliyin baş katibi Rafael Qrossi Davos Forumu zamanı, yanvarın 19-da bildirib ki, İran agentliklə əməkdaşlıq etməli olduğu bir halda əməkdaşlığını misli görünməmiş tərzdə minimuma endirib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button