İran

Urmuda duz mağarası salınır

Urmuda ölkə üzrə ilk əl ilə yonulmuş duz mağarası salınır.
Qərbi Azərbaycanın Fərhəngi Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin Bərnamə cızma və Sərmayə yatırımı İşləri üzrə rəsmisi bildirib ki, Urmuda ölkə üzrə ilk dəfə əl ilə yonulmuş duz mağarası hazırlanır. Projənin Qərbi Azərbaycanın Fərhəngi Miras İdarəsinin köməyi ilə, özəl bəxş tərəfindən salındığı və bu istiqamətdə işlərin yüzdə 35 tamamlandığı açıqlanıb.
Məlumata görə, duz mağarası 1550 mürəbbə-metr məsahət torpaq sahəsində, 80 milyard rial etibar ayrılmaqla Urmunun Bənd kəndində salınır. Bildirilib ki, mağara müalicəvi xarakter daşıyır.
Təbabətdə mühüm yer tutan duz ilə müalicə bir sıra tənəffüs və dəri mərizliklərinin aradan qaldırılmasında olduqca əhəmiyyətli sayılır. Xüsusilə qapalı məkanlarda duz ilə qarışmış havanın axını asm, öskürmə kimi mərizliklərin, eləcə də şişkinlik və qaralma ilə müşahidə olunan ayaq, diz, bilək, əl və bel ağrılarının müalicəsində təsirlidir.

Related Articles

Bir cavab yazın

Back to top button