Azərbaycan

Ərdəbildə məktəblər bağlandı

Ərdəbil əyalətinə hava şəraiti kəskin pisləşib. Havanın teperaturunun kəskin düşməsi əyalətin bir çox bölgələrində məktəblərin bağlanmasına səbəb olub.

Bu barədə Ərdəbil əyalətinin Təhsil İdarəsi məlumat yayıb.

İdarənin məlumatında havanın soyuması və güclü qarın yaması səbəbindən Ərdəbil, Hir, Arşaq, Germi, Nir və Xiyav şəhərlərində dərslərin dayandırıldığı bildirilib.

Marın 15-i gecə saatlarından yağan güclü qar Ərdəbil əyalətinin əksər yollarında nəqliyyat vasitələrinin hərəkətinin çətinləşməsinə, bir sıra yolların tamamilə bağlanmasına səbəb olub.

Hazırda 25 santimetr hündürlüyü olan qarın yamağa davam etdiyi və onlarla kəndin yolunun bağlandığı üçün ətraf aləmdən təcrid olunduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button