Dünya

BAĞDAD HAVA LİMANININ YAXINLIĞINA RAKET ATILIB

İraqın nizami məqamı Bağdad beynəlmiləl hava limanının ətrafına üç ədəd “Katyuşa” raketinin atıldığı haqda məlumat verib.
İraqın bu nizami məqamı ordibeheştin 17-i, çərşənbə günü Reuters ajansına açıqlamasında Bağdadın qərbində yerləşən kənd bölgəsində taymerlə birlikdə raket təchizatının aşkar edildiyini bildirib.
Həmlə zamanı heç bir itki və ya xəsarətin olmadığı və hələlik heç bir şəxs və ya qrupun bu həmləyə görə məsuliyyəti öz üzərinə götürmədiyi deyilir.
Xatırladaq ki, son aylarda Bağdad, xüsusən də diplomatik nümayəndəliklərin, o cümlədən Amerika səfirliyinin yerləşdiyi yaşıl bölgə dəfələrlə raket həmlələrinə məruz qalıb.
İraqda İrana bağlı şiə yaraqlılarının fəallığının artması barədə dəfələrlə ixtar verən Amerika, əksər hallarda bu həmlələrə görə həmin yaraqlıları günahlandırır.

Related Articles

Bir cavab yazın

Back to top button