İran

“Musiqili piano” ilə bağlı araşdırmalar aparılır

Təbrizdə yerləşən “Musiqili piano”nun sökülməsi ilə bağlı araşdırmalar aparılır. Belə ki, son günlər məsələnin sosial şəbəkələrdə geniş müzakirəsi şəhər bələdiyyəsi üçün bir sıra çətinliklərə səbəb olub. Xatırladaq ki, Təbriz Danişqahının yaxınlığındakı meydanda quraşdırılan “Musiqili piano” marsın 29-dan-30-a keçən gecə sökülüb. Şərqi Azərbaycan əyalətinin Fərhəng və İslam İrşadı Təşkilatının bu işdə əlinin olmadığını deyilir. Təbriz Bələdiyyəsi isə açıqlamasında elemanın yerləşdiyi ərazinin təmir ediləcəyini, “Musiqili piano”nun yenidən quraşdırılacağını bildirib. İctimai şəbəkələrdə yer alan məlumatlarda isə “Musiqili piano”nun “İslam fərhənginə zidd olduğu” üçün Əli Xameneinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin cümə imamının tapşırığı ilə söküldüyü vurğulanıb. Məsələ ilə bağlı Təbriz Bələdiyyəsi avrilin 1-də yenidən açıqlama verib. Bələdiyyə başçısı İrəc Şəhin Bahir baş verənlərlə bağlı ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button