Azərbaycanİran

Edama məhkum edilən güneyli həkimə dəstək aksiyası keçirilib

Dekabrın 9-da bir qrup həkim Tehranın Evin zindanının qarşısına toplaşaraq azərbaycanlı həkimin edam hökmünün ləğv edilməsini tələb ediblər.

Əllərində “edama yox” və “biz hamımız doktor Həmid Qarahəsənliyik” plakartları qaldıran həkimlər ondan işgəncə altında məcburi etiraflar alındığını bildiriblər.

Qeyd edək ki, əslən azərbaycanlı olan doktor Həmid Qarahəsənli başqa 4 etirazçı ilə birlikdə yarım hərbi Bəsic üzvünün pldürülməsində ittiham edilərək edam cəzasına məhkum edilib.

Həmid Qarahəsənlinin həyat yoldaşı Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.

Related Articles

Bir cavab yazın

Back to top button