İran

İranda tələbələr məcburi hicaba qarşı etirazlara hazırlaşırlar

İranda məcburi hicaba əməl olunması üçün tədbirlər gücləndirilib.

Bu səbəbdən böyük tələbə qrupları ölkə boyunca aprelin 15-də məcburi hicaba qarşı kütləvi etiraz aksiyaları keçirməyə çağırıb.

Bildirilib ki, tələbələr şənbə günü toplantıların, oturaq aksiyaların və teatr tamaşalarının keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, təhsil ocaqlarının yenidən açılmasından sonra hökumət universitet şəhərciklərində hicaba riayət edilməsi ilə bağlı “şifahi xatırlatma” adlanan tədbir həyata keçirirlər.

İsfahan, İsfahan Tibb Elmləri, Tərbiyət Müdərris Beheşti, Əl-Zəhra, Sənəndəc və Tehran universitetlərində yaradılan ondan çox qrup və təşkilatlar tələbələri kütləvi etiraza çağırır

Related Articles

Bir cavab yazın

Back to top button