İran

İranda məhkumların edam sayı artdı- 14 nəfər asıldı

Son iki gün ərzində İran zindanlarında 14 məhkum edam edilib.

Bu barədə məlumat verən İran İnsan haqları Təşkilatı Kərəc, Bircənd, Yəzd, Məşhəd, Minab, Qəzvin və Neyşabur şəhərlərinin həbsxanalarında 14 məhkumun edam edildiyini yazıb.

Məhkumların narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldıqları qeyd edilib.

Qeyd edək ki, 2022-ci ildə İranda 582 nəfər edam edilib və bunun 30%-i ölkə əhalisinin 2.6 faizini təşkil verən sünni və etnik bəluçların payına düşüb.

Edam edilənlər arasında 16 qadın və yaşı 18-dən az olan 3 yeniyetmə də var.

Related Articles

Bir cavab yazın

Back to top button