DünyaİranSiyasət

Zərif G7 sammitində iştirak etmək üçün Fransaya gəldi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif G7 sammitinin keçirildiyi Fransanın Biarriz şəhərinə gəlib.

Aznews.tv xəbər verir ki, İran XİN-nin rəsmisi Abbas Musəvinin sözlərinə görə, Zərif sammitə qatılsa da ABŞ nümayəndələri ilə görüş keçirmək niyyətində deyil.

Onun sözlərinə görə səfərin səbəbi, Zərifin İran və Fransa prezidentlərinin son təşəbbüsləri üzrə müşavirələr aparmaqdır.

Qeyd edək ki, son aylarda İran və Fransa fəal siyasi dialoq aparır. Fransa prezidentinin məsləhətçisi Tehrana səfər edib, Həsən Ruhani və Emmanuel Makron isə artıq bu zaman ərzində bir neçə dəfə telefon danışığı aparıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button