İran

İranın səhiyyə naziri: “Qanunsuz abort edən hər kəs cəzalandırılacaq”

“İslam İnqilabından əvvəl ölkədə əhalinin artımı 4% idi, lakin təəssüf ki, indi bu rəqəm 1,5%-ə çatıb. Biz alimlərdən, dini və inqilabi qüvvələrdən xahiş edirik ki, ailələr üçün uşaq dünyaya gətirmək üçün təbliğat aparsınlar.

Hamiləlik testi müsbət çıxan şəxslər doğuşa qədər sistemdə qeydiyyata alınırlar. Abort üçün üzrlü səbəblər lazımdır, qeyri-qanuni abort edən hər kəs aşkar olunaraq cəzalandırılacaq. Uşaq sahibi olmaq üçün bir neçə stimul nəzərə alınmalıdır”, – deyə səhiyyə naziri Bəhram Aynullahi abort saylarının artmasından narahatlığını bildirib.

Qorxunc rəqəmlərə əsasən, İran 26 İslam ölkəsi arasında ən aşağı doğum səviyyəsinə malikdir və bu ölkədə hər il 530 min qadın abort etdirir.
Ağayi Aynullahi, milləti günü-gündən yoxsullaşdırmaq abortdan da ağır cinayətdir!

#İran #abort

Related Articles

Bir cavab yazın

Back to top button