İran

Ərdəbil Tibb Universiteti seçkilərlə bağlı xəbərdarlıq edib

Ərdəbil Tibb Elmləri Bilimyurdu seçki toplantılarına qarşı əhaliyə huşdar verib. Belə ki, təhsil müəssisəsinin başqanı Doktor Şəhram Həbibzadə deyib ki, koronavirusun sürətlə yayıldığı bir dövrdə kütləvi toplaşmalar qəbuledilmədir. O, belə halların virusa yoluxma riskini artıracağını açıqlayıb.
“Vilayətin müxtəlif bölgələrindən aparılan hesablamalar sağlamlıq protokollarına ciddi əməl olunmadığını və vətəndaşların məhdudiyyətlərə riayət etmədiyini göstərir. Son günlərdə insanlar arasında masklardan istifadə etməmək də azalıb. Vətəndaşlar sağlıq protokollarına əhəmiyyət verməsələr, ustanda koronavirusun yenidən yüksəlmə ehtimalı var”, – deyə Şəhram Həbibzadə vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button