Dünya

Baydendən Bennetə: Atom razılaşması baş tutmasa, digər variantları nəzərdən keçirərik

Amerikanın prezidenti Co Bayden İsrailin Baş vəziri Naftali Bennet ilə görüşündə bildirib ki, İranın atom bombası əldə etməsinə icazə verməyəcək.

Amerikanın prezidenti Co Bayden İsrailin Baş vəziri Naftali Bennet ilə görüşündə bildirib ki, İranın atom bombası əldə etməsinə icazə verməyəcək. O, atom anlaşmasının canlandırılması yönündə aparılan müzakirələrin nəticə verməyəcəyi halda İrana qarşı başqa seçimləri nəzərdən keçirəcəklərini deyib. Bayden dünən keçirilmiş görüşdən öncə verdiyi açıqlama da İranla bağlı diplomatiyanın uğursuz olacağı halda başqa seçənəklərə baş vuracaqlarını vurğulayıb. Bennet, Baydenin hər iki fikrindən razı olduğunu deyərək qeyd edib ki, radikal islamçı rejim olan İranın atom bombasına sahib olması bütün dünyanı təhdid edəcək. Onun sözlərinə görə, İran dünyada bir nömrəli teror sadir edən ölkə olmaqla yanaşı, dünyada əmin amanlığı alt-üst edən və insan haqlarını pozan başlıca dövlətdir. “Biz burda söhbət etdiyimiz bir vaxtda İranın santrifyujları Nətənz və Fordu atom təsisatlarında fırlanmaqdadır. Amma biz onları dayandırmalıyıq və hər iki tərəf bu məsələdə ortaq fikirdədir”, – deyə İsrailin Baş baxanı artırıb. Bennet qeyd edib ki, Baydenə önərdiyi strategiya İranın bölgədə təcavüzkar addımlarını dayandırmaq və həmişəlik atom bombası əldə etməsinin qarşısını almaq kimi iki əsas məsələni əhatə edir. O, Baydenlə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada görüşü ümidverici adlandıraraq, vaxtın az olduğunu, İran məsələsinin təcili olduğunu və bunu təxirə salmağın mümkün olmadığını vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button