Azərbaycanİran

Qum şəhərində etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma baş verib

İranda davam edən kütləvi etiraz aksiyalarının növbəti gecəsində İranın əsas dini ideolojik mrkəzlərindən nolan Qum şəhərindəşiddətli qarşıdurmalar baş verib.

Sentyabrın 29-u gecə saatlarında aksiyalar ilk olaraq Tehran, Qum, Rəşt, Kirman və Sənəndəc şəhərlərində başlayıb.

“Qadın, həyat, azadlıq”, “ölüm olsun Xameneyiyə”, “rədd olsun dikatura” şüarları səsləndirilən Qum şəhərində hökumət məmurları ilə etirazçılar arasında daha şiddətli toqquşmaların olduğu bildirilir.

Sentyabrın 28-i aksiyaların azalmasını iddia edən hökumət orqanlarının bir gün sonra aksiyaların daha geniş şəkildə davam etməsindən vahiməyə düşdükləri, etirazların qarşısının alınması üçün hətta hökumət idarələrinin mühafizəçilərini cəlb etdikləri deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button