Dünya

ABŞ-nin zərbələri nəticəsində İraqın güc strukturlarının azı 10 əməkdaşı yaralanıb

ABŞ ordusunun İraqa endirdiyi aviazərbələr nəticəsində güc strukturlarının azı 10 əməkdaşı yaralanıb.

“Aznewstv” xəbər verir ki, məlumatı “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən yayıb.

ABŞ ordusu İraqın Babil və Vasit əyalətlərinə havadan zərbələr endirib. Bombardman nəticəsində adı açıqlanmayan qruplaşmanın 1 üzvü ölüb, daha 6 nəfər yaralanıb.

“Ash-Sharq” telekanalı isə bildirib ki, Vasit əyalətində İranyönümlü “Hizbullah ən-Nucabaa” qruplaşmasının mövqelərinə PUA-larla zərbə endirilib.

ABŞ ordusu Hizbullah qruplaşmasının İraqdakı hərbi bazalarına zərbələr endirib.

“Aznewstv” xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik İdarəsinin sözçüsü Adrienne Vatson deyib.

O bildirib ki, bu, ABŞ-ın İraqdakı hərbi bazasının atəşə tutulmasına cavabdır.

Qeyd olunub ki, sözügedən hücum barədə dərhal ABŞ Prezidenti Cozef Baydenə məlumat verilib. Dövlət başçısı isə cavab tədbirlərinin görülməsini tapşırıb.

Bildirilib ki, ABŞ bazalarına hücum davam edərsə, adekvat cavablar təkrarlanacaq.

Xatırladaq ki, daha əvvəl İraqın Ərbil Beynəlxalq Hava Limanı ərazisində yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub. Nəticədə bir neçə nəfər yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button