İran

Vurulan Ukrayna təyyarəsi qurbanlarının ailələri toplantı keçirib

Vurulan Ukrayna uçağında ölənlərin ailələri azər ayının 14-də toplantı keçiriblər. Həmin uçaqda dünyasını dəyişən Məryəm Məlikin atası nizami məhkəmə məqamlarının qarşısında çıxış edib. O, Sipah Pasdaranın Hava-Fəza Fərmandehi Əmirəli Hacızadə, habelə İranın xarici işlər vəziri Məhəmməd Cavad Zərifin cinayətkar olduğunu deyib. Onların tutduqları vəzifələrdən kənarlaşdırılmasını, 752 nömrəli uçuqda 176 sərnişinin ölümünə səbəb olanların mühakimə edilməsini tələb edib. Məryəm Məlikin atası ölənlərin ailələrinin təhqiqatda iştirak etməməsinə kəskin etirazını bildirib. O, Əmirəli Hacızadəni Sipahın uçağa etdiyi həmlənin ayrıntılarının araşdırılmasına mane olan cinayəkar adlandırıb.
Bildirək ki, Məryəm Məlik Şərif Danişqahının məzunu olub. Ukrayna uçağının 175 sərnişini ilə birlikdə Sipahın raket həmləsi nəticəsində dünyasını dəyişib. Məryəm Məlikin atası çıxışının başqa bir hissəsində Sipah Pasdaranın baş fərmandehi Hüseyn Salaminin də tutduğu vəzifəsindən kənarlaşdırılmasını tələb edib. “Mən sizdən tələb edirəm ki, elə burda, məni tutuqlayıb, burdaca məni edam edəsiniz. Mən övladım öləndən sonra yaşamaq istəmirəm, heç nə istəmirəm. Biz artıq canımızdan keçmişik və heç birimiz yaşamaq istəmirik. Bizim baxışımızla təhqiqatın aparılmasına göstəriş verilməsi ancaq gözlərdən pərdə asmaq üçündür. Ukrayna uçağının vurulmasından 1 il ötüb. Hələ də kimsə düzgün açıqlama etməyib”,-deyə o, vurğulayıb .

Related Articles

Bir cavab yazın

Back to top button