İran

Ərdəbildə ərazilər məişət tullantıları ilə zibillənib

Şəhər tullantılarının idarə olunması hələ də bir müşkül olaraq qalmaqdadır. Ustanın məsul şəxsləri Ərdəbildə adambaşına gündəlik yaranan tullantının miqdarının 700 qram olduğunu açıqlayıblar. Belə ki, bu göstərici ustan üzrə gündəlik 350 ton, illik isə 130 min tona bərabərdir. Bu həcmdə tullantıların yığışdırılması yüksək xərc istəyir. Bundan başqa, tullantı miqdarı ölkə üzrə ortalama miqdardan yüksəkdir.
Ölkələrin və şəhərlərin çoxunda cəmiyyətin artması ilə gündən-günə artan tullantıya iqtisadi mənfəət kimi yanaşılır. Ancaq Ərdəbil Ustanında zibilin yığışdırılması, ayrılması və basdırılması illərdir sünnəti tərzdə edilir.
Zibil tullantılarının məhv edildiyi yerə yaxın olan Talıb Qışlaqlı kəndinin bir sakini bildirib ki, ətrafa yayılan xoşagəlməz qoxu insanları məriz edir. “Belə ki, hava və nəfəs çəkə bilmirik. Yel əsəndə, zibillər kəndə sarı dağılır, ağaclar zibil naylonlara bürünür. Ümid edirik ki, məsul şəxslər bu müşkülü aradan qaldıracaqlar”, – deyə o, bildirib.
Ərdəbil Ustanı Yaşam Çevrəsini Qoruma İdarəsinin baş müdiri zibillərin basdırılma yerinə baxış keçirib. Onun sözlərinə görə, bu məsələ sahmana salınacaq. Məlumata görə, yaşam çevrəsi uzmanları nümunələr götürmək yolu ilə üfuni tullantıların xətərsiz edilməsinə nəzarət edirlər.
Bildirək ki, Ərdəbildə zibillərin basdırılması məsələsi xeyli kəskinləşib. Şəhər Tullantılarının İdarə Olunması Tərhi üzrə məsul şəxslər, bu tərhin təsvib edilməsinə rəğmən, onu icraya yönəldə bilməyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button