Azərbaycanİran

Təbrizdə etiraz aksiyasında milli şüarlar səsləndirilib

Təbrizdə etiraz aksiyaları davam edir. Şəhərin Rüşdiyyə məhəlləsində baş tutan aksiyanı dağıtmaq üçün xüsusi təyinatlı qüvvələr və onlara məxsus zirehli texnikadan istifadə edilib.

Sentyabrın 27-i gecə saatlarında Təbrizdə keçirilən etiraz aksiyalarında hökumətə qarşı şüarlarla yanaşı milli şüarlar səsləndirilib.

“Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” şüarları səsləndirən aksiya iştirakçıları xüsusi təryinatlı qüvvələrinin hücumuna məruz qalıb.

Xüsusilə Təbrizin Rüşdiyyə məhlləsində bir neçə yüz nəfərlik qruplar halında keçirilən nümayişlərdə hökumət qüvvələri ilə etirazçılar arasında toqquşma olub.

Sosial şəbəkə fəalları internetin kəsildiyini, hökumət məmurlarının video və foto çəkilməsinin qarşısını almaq üçün xüsusi səy göstərdiklərini yazıblar.

Onların verdiyi məlumata görə, Rüşdiyyə məhəlləsində xüsusi təyinatlı qüvvələr və SEPAH-a məxsus maşınların hərəkətinin qarşısını almaq üçün təbrizli sürücülər avtomobillərini yolun ortasında saxlayıb, sürəkli siqnal səsləri ilə hökumət məmurlarına etiraz ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button