Azərbaycan

Qarabağın erməni sakinlərinin nümayəndələri görüş üçün Yevlaxa gəlib

Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər.

onları Azərbaycan polisi və Rusiya sülhməramlıları müşayiət ediblər.

Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.

Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəlir.

aznewstv”ın Qarabağ bürosunun məlumatına görə, onları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları müşayiət edirlər.

Hazırda onlar Ağdam rayonu ərazisindədirlər.

Xatırladaq ki, Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

 

Related Articles

Bir cavab yazın

Back to top button