İran

İranda kəskin sel daşqınları bir neçə can aldı

İranın Kerman və Sistan-Bəluçistan əyalətlərinin müxtəlif şəhərlərində baş verən güclü yağış və sel daşqınları nəticəsində azı 3 nəfər həyatını itirib, 8 yaşlı bir qız isə itkin düşüb.

Bütün bunlarla yanaşı, ölkənin digər 7 əyalətində xilasedicilər kəskin yağıntı və sel daşqınlarına qarşı hazır vəziyyətə gətirilib.

Sistan-Bəluçistan Əyalətinin Böhranın İdarə Edilməsi Mərkəzinin rəisi Əlirza Şəhrəki bildirib ki, ölənlərdən ikisi Zahidan şəhərində yolların daşqınlar nəticəsində bağlanması və elektrik vurması nəticəsində, 3-cü şəxs isə yollarda xidməti vəzifəsini yerinə yetirərkən həyatını itirib.

https://t.me/AzadIranTelegram/8790

Related Articles

Bir cavab yazın

Back to top button