Dünyaİran

ABŞ rəsmisi: “İran qanunsuz yollarla bizim texnologiyalarımızı ələ keçirmək istəyir”

ABŞ Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəlisi ölkəsinin istehsalı olan mühüm texnologiya hissələrinin İranın istehsalı olan silahlarda istifadə edildiyi barədə xəbərdarlıq edib.

Nazirliyin Dünya üzrə Ticarət Bölməsinin sədr müavini Cim Mankuso bu barədə NBC Nyuz xəbər şəbəkəsi ilə müsahibəsində məlumat verib.

“Ukraynada  və Orta Şərqdə müharibə üçün istifadə olunan vurulmuş PUA-ların tədqiqi zamanı onlarda ABŞ istehsalı olan önəmli rabitə sistemləri müəyyən edilib”, -deyə Cim Mankuso açıqlayıb.

“Həmin PUA-larda bir sırası Amerika cəmiyyətləri tərəfindən istehsal olunan önəmli mikroelektron hissələr mövcuddur. Lakin onlar hansısa yollarla sanksiya tətbiq olunmuş ölkələrə çatıb. 

İran, Rusiya və Çin ölkəmizin istehsalı olan texnologiyalara qanunsuz yollarla çatmaq üçün cəhd edirlər”,-deyə ABŞ rəsmisi bildirib.

#İran #Amerika

Related Articles

Bir cavab yazın

Back to top button