Dünya

İsrail quru əməliyyatını təxirə saldı

İsrailin Qəzza zolağında quru əməliyyatı pilotların və PUA-ların havadan dəstək vermək qabiliyyətinə mane olan buludlu hava səbəbindən bir neçə günə təxirə salınıb.

Bu barədə “Nyu York Tayms” İsrail ordusundakı mənbələrə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, bu, 2006-cı ildə İsrail-Livan münaqişəsindən sonra İsrailin ən böyük quru əməliyyatı ola bilər.

HƏMAS hərəkatının adının açıqlanmasını istəməyən üzvünün nəşrə verdiyi məlumata görə, yaraqlılar Qəzzanın şimal hissəsindəki tunellərdə İsrail hərbçilərini pusquya salmaq niyyətindədirlər. İsrail rəsmiləri də öz növbəsində bildiriblər ki, hücumda piyadalardan əlavə tanklar, istehkamçılar və xüsusi təyinatlılar da iştirak edəcək.

Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatına bu gün başlayacağı bildirilirdi.

Related Articles

Bir cavab yazın

Back to top button