
Etirazçılar əmək haqlarının aşağı olmasından narazılıqlarını bildirib. Tib işçiləri bundan öncədən yığılıb qalan əmək haqlarının ödənilmədiyini vurğulayıblar.
Zəngan Tibb Elmləri Universitetinin binası qarşısına toplaşan narazılar ali məktəbin rəhbərliyinin, səhiyyə sistemi məsullarının onların tələblərinə laqeyd yanaşdığını qeyd ediblər.
Tibb işçiləri əllərində “Zəngan Universiteti bizdən deyil” yazılmış plakat qaldırıb, universitetin tibb işçilıərinin acınacaqlı durumu ilə bağlı tədbir görmədiyini söyləyiblər.