Dünyaİran

New York Times: İran İordan çayının qərb sahilinə qaçaqmalçılıq yolu ilə silah aparır

İran kəşfiyyat əməliyyatçıları və onun tərəfdaşlarından istifadə edərək İordan çayının qərb sahilindəki fələstinlilərə gizli şəkildə silah çatdırır.

Bu barədə “The New York Times” üç İran mənbəyinə istinadən məlumat yayıb. Qeyd edilir ki, bu “gizli əməliyyat” Tehranın “İordan çayının qərb sahilini İsrail və İran arasında növbəti qaynar nöqtəyə çevirməyə çalışması” qorxusunu gücləndirir.

İslam Respublikası silahların çatdırılması üçün 2 marşrutdan istifadə edir:

▪️ İordaniya – Qərb Sahil: Əməliyyatda əsas qrup olan bədəvi qaçaqmalçılarının keçirdiyi silahları İordaniyadan İran tərəfdaşları İsrail sərhədinə aparır. Daha sonra silahları İordan çayının qərb sahilinə aparırlar;

▪️ Suriya – Livan – İordan çayının qərb sahili: Bu marşrutdan istifadə İsrail və HƏMAS arasında müharibə başlayandan bəri daha da çətinləşib. Səbəb həm İsrail hərbçiləri, həm də BMT sülhməramlıları tərəfindən Hizbullahın fəaliyyət göstərdiyi Livanın İsraillə sərhədində patrulun artmasıdır.

Qeyd olunur ki, yuxarıda qeyd olunan marşrutların əlaqələndirilməsini SEPAH-nin Sepah-e-Qods xüsusi təyinatlıları həyata keçirir.

Related Articles

Bir cavab yazın

Back to top button