İran

Xalxalda internet problemi həll olunmalıdır

Ərdəbil ustanının dağlıq bölgələrində həmrah telefonu dəkəlləri quraşdırılmayıb. Buna görə də şagirdlər kəskin qarla şaxtalı havada quraşdırılan çadırlarda dərs keçirilir. Xalxalla Köyü kəndlərinin çoxunda, eləcə də Xiyav bölgəsinin bir sıra kəndlərində internetin zəif olması şagirdlərin əsas müşkülünə çevrilib. Durumla bağlı Xalxalın Zeyvə Sadat kəndinin dehyarı Seyid Cəfər Xalxali açıqlama verib. O, bildirib ki, əhali anten dalğasının çatışmazlığından gileylənir. Müşküllərlə bağlı məntəqənin tekniki hövzəsi üzrə məsullarına, habelə Müxabirat İdarəsinə bilgi verilib. Xalxalın fərmandarı Firidun Babai qeyd edib ki, ötən iki həftədə kənd bölgələri üzrə 15 BTS dəkəl istqahı quraşdırılıb. İlin sonuna kimi də Xalxalın kəndlərində 8 BTS-in quraşdırılması nəzərdə tutulub.
“İnternet və data anteninin olmaması Şad şəbəkəsinin istifadəsi ilə bağlı müşküllər yaradır. Kəndlərin aralı, dağlıq və dəniz səthindən yüksəkdə yerləşməsi bu sahəyə yüksək məbləğlərin ayrılmasına səbəb olub. Çöllükdə yerləşən kəndlərin bir neçəsini ancaq 1 BTS-lə təmin etmək olur”,-deyə Babai qeyd edib. Xatırladaq ki, Xalxal ilə Köyü şəhərləri sakinlərinin İslami Şura Məclisindəki nümayəndəsi Seyid Qəni Nəzəri aban ayının 19-da bildirib: “Xalxalla Köyü bölgələrinin kəndlərində internet zəifdir. İlgili idarələr internetin gücləndirilməsi ilə bağlı işlər görməlidir”.
Bildirməyimiz gərəkdir ki sözü gedən Xalxalın Zeyvə Sadat kəndi Mərhum Seyid Cəfər Pişəvərinin anadan olub habelə uşaqlıq illərini yaşadığı kənd dir.

Related Articles

Bir cavab yazın

Back to top button