İran

İraqın Baş Nazirindən İraqın dəstəklədiyi yaraqlılara xəbərdarlıq

İraqın baş vəziri Mustafa əl-Kazemi İranın himayə etdiyi “Əsaebe Əhle-Həqq” yaraqlılarına xəbərdarlıq edib. “İraqın əmniyəti bizim məsuliyyətimizdir. Özbaşına hərəkətlər qarşısında təslim olmayacağıq. İndiyədək xalqın güvənini qazanmaq, əmniyət qüvvələrini və dövləti yenidən qurmaq üçün az-az çalışmışıq. İraqda gərginliyin yaranmasının qarşısını almaq istəyirik. Lazım gələrsə qətiyyətli qarşıdurmaya hazırıq”,-deyə vəzir bildirib. Qeyd edək ki, İraqın paytaxtı Bağdaddakı Əmniyət İdarəsinin binası qarşısında çox sayda “Əsaebe Əhle Həqq” yaraqlıları silahlı mitinq keçiriblər. Onlar mitinq zamanı İraqın baş vəzirini təhdid ediblər. Silahlı qrup “Yaşıl bölgə” ilə Amerikanın Bağdaddakı səfirliyinə hücum etməkdə şübhəli bilinən iki üzvünün azad edilməsini istəyiblər. Yaraqlılar bu şəxslərin azadlığa buraxılması üçün vaxt təyin ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button