Dünya

Blinken XİN başçısı ilə Sudandakı vəziyyəti müzakirə edib

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud və ABŞ dövlət katibi Entoni Blinken Sudandakı vəziyyəti, o cümlədən ordu ilə Xüsusi Qüvvələr arasında şənbə günü Ciddədə baş tutması gözlənilən danışıqları müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Telefon danışığı zamanı nazirlər Sudan Respublikasında baş verən son hadisələri müzakirə edərək, hərbi əməliyyatların və zorakılığın dayandırılmasının vacibliyini vurğuladılar”, – deyə bildirilib.

Qeyd olunub ki, ABŞ-Səudiyyə vasitəçiliyi “regionda gərginliyin azaldılması, həmçinin Sudanda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün zəruri olan dialoqa yol açacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button