Dünya

Yunanıstan parlamentinə 4 türk deputat seçildi

Xəbər verdiyimiz kimi, Yunanıstanda bazar günü keçirilən parlament seçkilərində Kiryakos Mitsotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası qələbə qazanıb.

Mitsotakis ölkədə sürətlə mühüm islahatlar aparılacağını bildirib.

Partiya 40,5 faiz səs toplayıb və 300 yerlik parlamentdə 158 mandat qazanıb.

Aleksis Tsiprasın rəhbərlik etdiyi ana müxalifət SYRİZA Partiyası isə 17,8 faiz səs qazanıb.

Bundan əlavə, Nikos Androulakisin başçılıq etdiyi PASOK 11,95 faiz səslə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Türk əsilli siyasətçilər Özgür Ferhat, İlhan Ahmet, Hüseyn Zeybək və Burhan Baran da parlamentə daxil olmağı bacarıblar. (moden)

Related Articles

Bir cavab yazın

Back to top button