İran

İran körfəzdə neft daşıyan gəmini oğurlayıb

Hadisə aprelin 9-da baş verib

İran İnqilab Keşikçiləri Korpusu körfəzdə neft daşıyan gəmini oğurlayaraq İran limanlarından birnə aparıb.

“Sepah”ın Zülfüqar hərbi dəniz qüvvələri tərəfindən oğurlanan gəmidə qaçaq yanacaq daşındığı iddia olunub.

Hormozqan əyalətinin baş prokuroru Müctəba Qəhrəmani gəminin saxlanıldığını desədə, onun hansı ölkəyə məxsus olduğu və 11 nəfərlik heyətin miliyyəti barədə açıqlama verməyib.

Bundan öncə İran hökuməti onlar dəfə belə hərəkətə əl atıb, yük və neft daşıyan gəmiləri, onların heyətini girov götürüb.

Ötən ilin noyabr ayının 20-də “Sepah”ın hərbi dəniz qüvvələri Viyetnama məxsus gəmini girov götürmüşdülər. Bununla yanaşı Cənubi Koreya gəmisini oğurlayan İran hökuməti İranın bu ölkədə dondurulmuş pullarının geri qaytarılmasını istəmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button