Dünya

“İran aydın seçim etməlidir”- Fransalı diplomatdan “böyük böhran” xəbərdarlığı

Fransa xarici işlər naziri İv Lö Drian Viyanada keçirilən nüvə danışıqlarının mümkün uğursuzluğunun böyük böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Bizə iranlıların siyasi qərarları lazımdır və İran aydın seçim etməlidir”-fransalı diplomat belə deyib.

Fevralın 16-da Fransa Senatında çıxışı zamanı nüvə danışıqlarına toxunan xarici işlər naziri, tərəflərin danışıqların kulminasiya nöqtəsinə çatdığını və məsələnin həlli üçün artıq həftələr deyil sadəcə bir neçə gün vaxt qaldığını vurğulayıb.

Fransa xarici işlər nazirinin açıqlamaları Vyanada danışıqların davam etdiyi və iki tərəfin 2015-ci il nüvə sazişini canlandırmaq üçün razılıq əldə etməyə çalışdığı bir vaxta təsadüf edir.

Related Articles

Bir cavab yazın

Back to top button