İran

İranda daşqın qurbanlarının sayı artıb

İranda daşqın qurbanlarının sayı artıb. Bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat verib.

İran Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, çoxli sayda insan itkin düşüb.

Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Mərkəzinin başçısı Məhəmməd Vəlipurun dediyinə görə, son iki gündə sel daşqınları nəticəsində 5-i Sistan-Bəluçistan, 7-i Tehranda olmaq şərtilə 14 nəfər ölüb, 20 nəfər isə itkin düşüb.

O, axtarış xilasetmə işlərinin davam etdiyini və ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirib.

Tehranın Yanğınsöndürmə İdarəsinin başçısı Qudrətullah Məhəmmədi isə daşqın xəsarətlərinin vurduğu ziyanın və qurbanlarının sayının tam dəqiqləşdirilə bilmədiyini və maddi xəsarətin ağır olduğunu qeyd edib.

Qeyd edək ki, İranın bir neçə əyalətində iyulun 27-i axşam saatlarından başlanan güclü yağış nəticəsində sel daşqınları baş verib. bir neçə su bəndi dağılıb.

Related Articles

Bir cavab yazın

Back to top button