Azərbaycanİran

Təbrizdə çörək qıtlığı müşahidə olunur

Təbrizin bir neçə bölgəsində çörək mağazaları qarşısında uzun növbələr yaranıb

Bu barədə güneyli sosial media fəalları məlumat və fotolar yayıblar.

Məlumata görə, un çatışmazlığı səbəbindən çox sayda çörək sexi fəaliyyətini azaldıb. Bəzilərinin fəaliyyəti isə tamamilə dayandırılıb.

İnsanlarla çörək sexlərinin sahibləri arasında yaranan mübahisələrə, əhalinin narazılıqlarına baxmayaraq, əlaqədar dövlət qurumları problemlə bağlı açıqlama verməyib.

Qeyd edək ki, bundan öncə 2022-ci ildə un və un məmulatlarının qiymətində bir neçə dəfə artım qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button