Dünya

Türkiyənin ilk ixrac qatarı Çinin Sian şəhərinə çatıb

Türkiyədən Çinə sadirat yüklərini daşıyan qatar İrandan keçmədən Çinin Sian şəhərinə çatıb. Qatar desambrın 6-da Köseköy istgahından tam yüklənərək yola çıxıb. Sadirat qatarı İstanbul-Köseköy–Ankara–Sivas-Qars-Tiflis-Bakı-Aktau-Almata-Xorqos-Sian xətti üzrə 8693 kilometr yol qət edib.
Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti və Transxəzər “Şərq-Qərb” dəhlizi vasitəsilə Çin yönündə hərəkət edən qatar 2 qarrə, 2 dəniz və 5 ölkədən keçib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin Nəqliyyat və altyapı vəziri Adil Karaismailoğlu bu olayı böyük başarı olaraq qiymətləndiriblər. Artıq Türkiyədən Çinə ikinci sadirat qatarının göndərilməsi istiqamətində növbəti sifariş daxil olub. Yenə də 42 ədəd 40 futluq kantinerdən ibarət qatarın yaxın günlərdə yola salınacağı gözlənilir. Bu qatarlar 2021-ci ildən başlayaraq, ayda 2 dəfə olmaqla ardıcıl hərəkət edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button