İran

Əhərdə təbii fəlakət nəticəsində ziyan görən əkinçilərə xəsarət ödənilmir

Əhərdə təbii fəlakət nəticəsində ziyan görən əkinçilərə xəsarət ödənilmir. Bu barədə Əhərin əkinçilik İdarəsinin başçısı Məhəmməd Əsədi bildirib.

Məhəmməd Əsədi bundan öncə təbbi fəlakətdə zərər görən əkinçilərə vəd edilən xəsarətin ödənilmə vaxtının bitməsinə bir neçə gün qalmasına baxmayaraq heç bir ödəniş olmadığını deyib.

O bildirib ki, əkinçilik bimə Təşkilatının ödənişlərin ediləcəyi ilə bağlı verdiyi vaxt bitmək üzrədir və hələlik verilən vədlərlə bağlı hər hansı addım atılmadığı üçün yenidən məsələni gündəmə gətirəcək.

“Daşqın və dolu nəticəsində bölgə əkinçilərinə və bağçılarına dəyən ziyan 300 milyard tümən civarında hesablanıb və xəsarət yalnız əkin sahələrini bimə etdirən şəxslərə veriləcək”-deyə, M.Əsədi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button