Dünyaİran

Rusiya İrandan dron komponentlərini idxal edir

Rusiyanın Ukraynaya qarşı müharibədə fəal şəkildə istifadə etdiyi “Şahed 136” kamikadze dronlarının Tatarıstanda istehsalı həyata keçiriləcək.

Bildirilir ki, hazırda Tatarıstanın “Alabuqa” xüsusi iqtisadi zonasında PUA istehsalına hazırlıq prosesinə başlanılıb.

Mənbə yazır ki, pilotsuz təyyarələr üçün komponentlər İrandan gətirilir, hazır məhsullar isə sadəcə olaraq “Alabuqa” xüsusi iqtisadi zonasında yığılır.

Məlumatda həmçinin vurğulanır ki, layihənin ümumi dəyəri 1,28 – 1,45 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, Rusiya Federasiyasının rəhbərliyi İrandan pilotsuz təyyarələrin alınmasını rəsmən təsdiq etməyib.

Related Articles

Bir cavab yazın

Back to top button