Dünya

Əfqanıstanın Difa vəzirinin evinə hücum zamanı 4 nəfər ölüb, onlarla yaralı var

Əfqanıstanın paytaxtı Kabildə Difa vəziri jeneral Bismilla Xan Məhəmmədinin evinə edilən hücum zamda 4 nəfər ölüb, onlarla insan yaralanıb.
“ANT”nin məlumatına görə, bu barədə “Agence France-Presse” təhlükəsizlik xidmətlərindəki mənbəyinə istinadən xəbər verir.
“Dörd nəfər ölüb, iyirmi nəfər yaralanıb”, – təhlükəsizlik xidmətinin əməkdaşı ajansı bildirib. Eyni zamanda, söhbətin hücum edənlərdən və ya şəxsi şəxsilərdən getdiyi bəlli deyil.
Ajans Daxili İşlər Vəzirliyinin sözçüsü Fuad Əmana istinadən vəzirin evinə hücum edənlərin hamısının öldürüldüyünü bildirib.
Daha öncə, “RİA Novosti”nin hadisə şahidinə və Kabil polisindəki mənbəyə istinadən məlumatına görə, Əfqanıstanın difa vəzirinin Kabildəki evinin yaxınlığında avtomobil partladılıb və bundan sonra bir neçə silahlı şəxs onun evinə girib. Məhəmmədi nə özünün, nə də ailə üzvlərinin xəsarət aldığını söyləyib. Daxili İşlər Vəzirliyindən verilən məlumata görə, hücumda 4 yaraqlı iştirak edib.
Əfqanıstan demişkən bu ölkənin polisi silahlıların girov götürdüyü 30 nəfəri də azad edib

Əfqanıstan polisi Kabildə hücum zamanı girov götürülmüş 30 şəxsi azad etdiyini bildirib.
“ANT”nin məlumatına görə, bu barədə yerli 1TV telekanalı xəbər verib.
Telekanalın Daxili İşlər Vəzirliyinə istinadən verdiyi xəbərə görə, silahlı şəxslər yaşayış binalarına girməyə və təhlükəsizlik qüvvələri ilə atışmaya başlayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button