Dünya

Britaniyanın Baş naziri onu istefaya çağıran naziri işdən çıxarıb

Böyük Britaniyanın baş naziri Boris Conson mənzil-məişət naziri Maykl Qovu vəzifəsindən azad edib.

Bu barədə “The Guardian” yazıb.

Nəşrin məlumatına görə, siyasətçi Nazirlər Kabinetinin rəhbərinin istefaya getməsi ilə bağlı çağırış etməsinə görə işdən çıxarılıb.

Maykl Qov aktiv “Brexit” tərəfdarıdır və Mühafizəkarlar Partiyasının kreslosu uğrunda yarışda B. Consonun keçmiş rəqibidir. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button