Azərbaycanİran

Muğanda Rəisiyə görə toy mərasiminə hücum edilib

Mayın 25-də təhlükəsizlik məmurları Ərdəbil əyalətinin Parsabad şəhərində "Araz Muğan" şadlıq sarayında keçirilən toy mərasiminə hücum ediblər.

Bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Rəisinin helikopter qəzasında həlak olmasına görə şənlik mərasimlərinin qadağan edildiyini deyən məmurlar, toy mərasiminin qarşısını alıb, qonaqları zorla zaldan çıxarıb və zalın qapılarını bağlayıblar.

Qeyd edək ki, martın 19-da İbrahim Rəisi və başqalarının helikopter qəzasında həlak olmasından sonra yüzlərlə insan həbs edilib, çox sayda iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button