Azərbaycanİran

Güney Azərbaycanın Astara şəhərində şair Cəmşid Əzizi həbs edilib

Güney Azərbaycanın Astara şəhərində yaşayan ictimai fəal və şair Cəmşid Əzizi Nənəkəran həbs edilərək Astara şəhərinin zindanına köçürülüb.

İnsan haqları fəallarının yaydığı məlumata görə, şair mayın 7-də həbs edilib.

Təhlükəsizlik məmurları Cəmşid Əzizi Nənəkəranı 16 aprel 2022-ci ildə həbs edib, 40 gün dindirdikdən sonra 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxmışdılar.

O, sonradan “hökumətə qarşı təbliğat” və “ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün əlbir olmaq” ittihamlarına görə 4 il yarım həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button