İran

Bazara 47 min ton toksin tərkibli və saxlama müddəti ötmüş yağ çıxarılıb

Məlum olub ki, ixtisaslaşdırılmış yoxlama qurumları tərəfindən “istehlak üçün yararsız” 47 min ton toksin tərkibli yağ İran bazarına istifadəyə buraxılıb.

İranın Dövlət Ticarət Cəmiyyəti mayın 7-də bazarda “47 min ton zəhərli yağın” paylanması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Şirkət bəyan edib ki, Respublika Qida və Dərman Təşkilatının lisenziyası olmadan ölkəyə bir damcı belə yeyinti yağı idxal edilmir.

Bununla belə, iqtisadi jurnalist Yaşar Sultani öz saytında qida ekspertlərinin 4 rəsmi yoxlama hesabatına istinadən yazıb: “Müəyyən edilib ki, İran Dövlət Ticarət Cəmiyyəti tərəfindən 2021-ci ildə idxal olunan yağlar kənd təsərrüfatı sektorunda istifadə olunan pestisidlərin qalıqlarına görə satıla bilməz”

Related Articles

Bir cavab yazın

Back to top button